“Qəbələ” 2026-cı ilin qapısını 4 “təpik”lə açdı, tilsim qırıldı

03:20 Qəbələ 74
“Qəbələ” 2026-cı ilin qapısını 4 “təpik”lə açdı, tilsim qırıldı

“Qəbələ” 2026-cı ilə tilsimi qıraraq başlayıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” 2025-2026 mövsümündə Misli Premyer Liqasında ilk səfər qələbəsini qazanıb.

Bölgə təmsilçisi bunu 17-ci turda “Şamaxı” ilə keçirilən səfər oyununda reallaşdırıb. Rəqibin qapısından 4 cavabsız top keçirən “Qəbələ” cari mövsüm 9-cu səfər qarşılaşmasında ilk qalibiyyətini əldə edib.

Kaxaber Sxadadzenin yetirmələri buna qədər qonaq olduğu matçların 2-də heç-heçə etmiş, 6-da isə məğlub olmuşdu.

“Qəbələ” həm də ilk dəfə bir səfər görüşündə 2-dən çox qol vurub. Komanda bunaqədərki 8 oyunda ümumilikdə 4 dəfə fərqlənmişdisə, tək Şamaxı səfərində 4 qola imza atıb.

“Qəbələ” hazırda 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!