“Premyer Liqada qalmağa çalışırıq, aşağı pilləyə düşmək istəmirik”

17:20 Qəbələ 192
“Premyer Liqada qalmağa çalışırıq, aşağı pilləyə düşmək istəmirik”

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin konqolu vingeri Domi Massumo Misli Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə "Şamaxı"nı 4:0 udduqları matç haqda danışıb.

- Ev sahiblərinin qapısından 4 cavabsız qol keçirdiz.

- Matçın nəticəsinə və göstərdiyimiz oyuna görə xoşbəxtik. Bu qarşılaşma üçün çox çalışmışdıq, çünki turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalı idik. Bu qələbəyə çox ehtiyacımız var. Bunu bacardığımıza görə çox sevincliyik.

- Komandanın ilk qolunu vurdun. Təəssüratların maraqlıdır...

- Buna görə şadam. Mən hücumçuyam və işim qol vurmaqdır. Hər oyunda qol vurmaq asan deyil, amma bu, komandaya kömək etmək və özünə inamı artırmaq üçün bizə lazımdır.

- Bu hesabı gözləyirdiz?

- Bura qələbə üçün gəlmişdik. Hesabın neçə olması o qədər də önəmli deyil, əsas qələbə qazanmaq idi və 4-0 hesabı ilə qalib gəldiyimiz üçün çox xoşbəxtik.

- Səncə, Premyer Liqada qala biləcəksiz?

- Bəli, elitada qalmaq üçün çalışırıq. Aşağı pilləyə düşmək istəmirik, daha yuxarı yerlərə qalxmalıyıq. Hazırda bunun üzərində işləyirik. İnanıram ki, bacaracağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti