Azərbaycanlı futbolçunun vətənə qəfil dönüşünün GERÇƏK SƏBƏBİ

16:05 Qəbələ 289
Azərbaycanlı futbolçunun vətənə qəfil dönüşünün GERÇƏK SƏBƏBİ

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.

Bölgə təmsilçisi müdafiənin solundakı boşluğu Turan Manafovla doldurmaq qərarına gəlib.

Ötən ilin yayında Cənubi Afrika təmsilçisi “Stellenboş”la anlaşan həmyerlimiz qarşıdakı 4 ayı icarə əsasında “qırmızı-qaralar”ın heyətində keçirəcək.

Turanın 5 aydan sonra vətənə qayıtması birmənalı qarşılanmır.

Çünki Afrikada qazandığı maaş Azərbaycanda yayda ona təklif olunan məvacibdən 4-5 dəfə çox idi. Üstəlik, “Stellenboş”da kifayət qədər şans qazanırdı.

Bəs, qəfil dönüşün səbəbi nədir?

Səbəb Aftikada vergi xərclərinin çox olmasıdır.

Futbolçulara verilən aylıq əməkhaqqının təxminən 40 faizi vergiyə tutulur. Belə olduğu halda futbolçunun büdcəsinə daxil olan məbləğ xeyli azalır. Üstəlik, digər xərclər də mövcuddur.

“Qəbələ”nin maliyyə təklifi Turanı razı salıb. Götür-qoy edəndən sonra anlayıb ki, vətəndə aşağı-yuxarı eyni məbləği təklif edirlərsə, xaricə getməyin nə mənası var?

Manafov maya qədər Kaxaber Tsxadadzenin sərəncamında olacaq. Komanda elitadakı yerini qoruya bilsə, futbolçu da öz növbəsində gürcü çalışdırıcının etimadını qazansa, səbəbkar yayda “Qəbələ”nin tamhüquqlu üzvünə çevrilə bilər.

Turan Manafov “Stellenboş”un heyətində 10 oyunda 802 dəqiqə meydanda olub.

Yanvarın ilk günlərindən Afrika komandasının qış toplanışında iştirak edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti