Premyer Liqada qalmaq naminə “kisənin ağzını geniş açdılar”

13:20 Qəbələ 282
Premyer Liqada qalmaq naminə “kisənin ağzını geniş açdılar”

“Qəbələ” rəhbərliyi komandanı Premyer Liqada saxlamaqdan ötrü hərəkətə keçib.

Kisənin ağzını geniş açıblar.

“Qırmızı-qaralar“ mövsümün ikinci yarısında yaxşı pul qazana bilərlər. Onlar üçün artıq böyük stimul var - mükafat.

Əyalət təmsilçisi qarşıdakı çempionat oyunlarında qazanacağı hər qələbəyə görə iri məbləğdə «ənam» alacaq. Təklif olunan vəsait kifayət qədər ciddidir - 3000-4000 manat.

Rəqəmlər rəqiblərdən asılı olaraq dəyişəcək. İddialılarla qarşılaşmalara görə vəd edilən mükafatla digərləri bir tutulmayacaq.

Kaxaber Sxadadzenin çalışdırdığı komanda hazırkı təhlükəli zonadadır. 16 tura 8 xal toplamış kollektiv turnir cədvəlinin 11-ci pilləsinə yuvarlanıb.

Gürcüstanlı baş məşqçi rəhbərliyə söz verib ki, “Qəbələ“ni elitada saxlayacaq. Ona inanıblar. Mükafat fondunun artırılması da elə bunun təzahürüdür. Güvən olmasa, bu jesti niyə etsinlər ki..?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti