İki legionerlə danışırlar - Hansı biri tez razılıq versə…

20:40 Qəbələ 250
İki legionerlə danışırlar - Hansı biri tez razılıq versə…

Premyer Liqada yerini qorumaq istəyən «Qəbələ» tezliklə daha bir legioner transfer edəcək.

Əyalət təmsilçisi iki mövqedən birinə əcnəbi götürəcək.

Həmin xarici oyunçu ya müdafiəçi olacaq, ya da dayaq yarımmüdafiəçisi.

«Qırmızı-qaralar» hazırda hər iki xətt üzrə danışıqlar aparır. Hansı biriylə sövdələşmə baş tutsa, onunla da müqavilə imzalanacaq.

Beləcə, «Qəbələ»nin düşərgəsindəki legionerlərin sayı 12-yə çatacaq.

Kaxaber Sxadadzenin çalışdırdığı komandaya son olaraq seneqallı müdafiəçi Seydina Keyta (“Panevejis”, Litva) və nigeriyalı hücumçu İsmaheel Akinade (“Andijon”, Özbəkistan) qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti