Azərbaycana qayıtmaqda böyük problem yaşadı, nəhayət, sənədini ala bildi

11:00 Qəbələ 278
Azərbaycana qayıtmaqda böyük problem yaşadı, nəhayət, sənədini ala bildi

«Qəbələ»nin Adriel Ba Loua həsrəti başa çatıb.

Kot Divuardan olan legioner, nəhayət, bu gün Azərbaycana gələcək.

Yanvarın əvvəlindən mövsümün ikinci hissəsinin hazırlıqlarına start verən "qırmızı-qaralar" həmin tarixdən bəri afrikalı yarımmüdafiəçinin yolunu gözləyirdi.

Bəs o, geri dönməyə niyə bu qədər yubanıb?

Səbəb pasportla bağlıdır. Belə ki, Adrielin vətəndaşlıq hüququnu tanıyan sənədin müddəti bitib.

Ona yalnız ölkədən çıxmaq istəyəndə məlum olub ki, belə məsələ var. Yerli hökümət orqanlarına müraciət edən futbolçu bürokratik əngəllərlə üzləşib.

O, problemi yalnız dünən həll edə bilib.İndi «Qəbələ» rəhbərliyi bu oyunçusu üçün yenidən Dövlət Miqrasiya İdarəsinə müraciət etməli, müvəqqəti yaşayış izni almalıdır.

"Qəbələ" sözügedən orta sahə oyunçusu ilə ötən ilin yayında 1 illik müqavilə imzalayıb.

29 yaşlı afrikalının son klubu "Kan" (Fransa) olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), "Lill" (Fransa), "Veyle" (Danimarka), "Karvina", "Viktoriya" (hər ikisi Çexiya) və "Lex"də (Polşa) forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti