"Qəbələ" onları “qol yağışı”ında “çimizdirdi”

18 Yanvar 23:20 Qəbələ 947
"Qəbələ" onları “qol yağışı”ında “çimizdirdi”

2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kaxaber Sxadadzenin komandası I Liqa təmsilçisi "Baku Sportinq"lə qarşılaşıb.

Oyun "qırmızı-qaralar"ın 7:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin qollarını İsmaheel Akinade, (4,8), Murad Musayev (27), Eşqin Əhmədov (40), Nicat Əliyev (60), Xayme Sierra (66) və Salihu Nasiru (73) vurub.

"Qəbələ" ilk sınaq matçında “Kəpəz”ə 3:1, ikinci oyununda isə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 20:00 Çək və bizə göndər!
15 Fevral 08:50 Liqa klubunda ayrılıq