“Mən yeni baş məşqçini çoxdan tanıyıram, yaxşıdır”

00:40 Qəbələ 110
“Mən yeni baş məşqçini çoxdan tanıyıram, yaxşıdır”

Yeni mövsüm öncəsi hazırlıq prosesini Azərbaycanda davam etdirən “Qəbələ” “Araz-Naxçıvan”a qarşı yoxlama matçına çıxıb. Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze klubun mətbuat xidmətinə açıqlama verib:

"Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram.

Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik.

İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir.

Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı.

Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım".

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!