“Qəbələ” qış fasiləsinin üçüncü legioner transferini bitirib.
Bölgə təmsilçisi Fil Dişi Sahilinin U-23 millisinin oyunçusu Yannik Adyumani ilə güclənib.
Müdafiənin sol cinahında çıxış edən afrikalı ilə 6 aylıq müqavilə imzalanıb.
Komanda Premyer Liqada qalarsa, onunla kontrakt daha 1 il müddətinə uzadılacaq.
Yannik son olaraq İsveçdə “Ostersund”un formasını geyinib. 23 yaşlı oyunçu Azərbaycana gəlmək üçün klubu ilə müddəti ilin sonunda bitəcək sözləşməsini pozub.
Ölkəsində “ASEC Mimosas”ın yetirməsi olan Adyumani İsveçdə “Hakken”in də şərəfini qoruyub.
”Qəbələ” ondan qabaq seneqallı müdafiəçi Seydina Keyta və nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb.
SPORTİNFO.AZ

