“Qəbələ”də vəziyyət gərgindir.
“Legioner limiti niyı ləğv olundu?”, “azərbaycanlı gənclərə şans verilsin” deyənlər - buyurun, baxın: “Qəbələ” hər oyuna əsas heyətdə 5-6 yerli futbolçu ilə meydana çıxır, bu da nəticəsi!
Göstərsin, həmin o gənc azərbaycanlı futbolçu bacarsın! Qarşılarını kəsən yoxdur ki?
Yerli oyunçular bir tərəfə, “Qəbələ”nin legionerlərinin də bir neçəsi gözləniləni vermir. Yalnız Xayme Syerra, Adriel Ba Lua və İsak Amoanı müsbət mənada fərqləndirmək olar.
İki il əəvəl Qanadan “Qəbələ”nin U-19 komandasına cəlb edilən Prins Ovusu isə özünü futbolçu kimi inkişaf etdirsə, mövsümün kəşflərindən ola bilər.
16 turda “Kəpəz”lə yanaşı, ən az qol vuran komandadır “Qəbələ”. 11 qolun dördü isə məhz Prins Ovusunun hesabındadır.
Baş məşqçi Kaxaber Sxadadze bir necə dəfə yay transferlərində səhvlərə yol verdiklərini etiraf edib. İndi həmin səhvləri qismən düzəltmək üçün “Qəbələ”nin 1 ay vaxtı var.
Xüsusən də hücuma “vuran ayaq” gəlməlidir. Yoxsa “Kəpəz” və “Karvan”la liqada qalmaq uğrunda rəqabətdən qalib ayrılmaq çətin olacaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

