Azərbaycan klubunun Çempionlar Liqasında qol vuran yeni hücumçusu kimdir? - VİDEO

11 Yanvar 02:20 Qəbələ 2 439
Azərbaycan klubunun Çempionlar Liqasında qol vuran yeni hücumçusu kimdir? - VİDEO

"Qəbələ" bugünlərdə "Andijon"un forvardı İsmaele Akinadeni heyətinə qatıb.

Bölgə təmsilçisi nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Vaterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb.

Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Sportinfo.az Akinadenin performans videosunu təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti