Narazı qaldı: "Qələbə qazansaq da, çox səhvlərə yol verdik"

01:00 Qəbələ 153
Narazı qaldı: "Qələbə qazansaq da, çox səhvlərə yol verdik"

"Qəbələ" qış toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq. Bu gün ilk yoxlama oyunumuzu keçirdik.

Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik.

Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır.

Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq.

Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur