"Qəbələ" 2026-cı ilə qeyri-rəsmi qələbə ilə başladı

10 Yanvar 17:20 Qəbələ 951
"Qəbələ" 2026-cı ilə qeyri-rəsmi qələbə ilə başladı

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma "qırmızı-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin qollarını Domi Massoumou, İsmaheel Akinade və Qədir Ramazanov vurub. "Kəpəz"də isə Ryonosuke Ohori fərqlənib.

Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək "Qəbələ", ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq. "Kəpəz" isə yanvarın 17-də Yevlaxda “Karvan-Yevlax”la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti