Məlum olduğu kimi, "Sabah" vinger Aaron Maludanın transfer hüququna yiyələnib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
20 yaşlı futbolçunun icarəsinə dair Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.
Rəsmi məlumatda transferin maddi məbləği barədə məlumat verilməyib. Amma Fransa mənbələrinin yaydığı məlumata əsasən, bu transfer üçün “Sabah” 250 min avro təzminat ödəyib.
Amma redaksiyamıza daxil olan məlumata görə, göstərilən rəqəm həqiqəti əks etdirmir.
"Sabah" oyunçu üçün çox az - cəmi 150 min avro ödəyərək keçidi həll edib.
Fransalı futbolçu ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.

