“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Fərid İsgəndərov tezliklə heyəti tərk edəcək.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu carəyə veriləcək.
Bölgə klubu yetirməsinin mövsümün sonunadək başqa komandada təcrübə qazanmasını istəyir.
Bir neçə komandanın hədəfində olan Fəridin “Səbail”də oynamaq şansı daha realdır.
Premyer Liqaya yüksəlmək məqsədi olan I Liqa klubu İsgəndərovun keçidi üçün “Qəbələ” ilə razılıq əldə etmək üzrədir.

