"Qəbələ” hücumçusu Elşad Tağıyevlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki,bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub 2024/2025-ci illər mövsümündən "Qəbələ"nin formasını geyinmiş hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

