“Fransa və Norveçdən klubları onu istəyirdi” – Yeni transfer haqda bilmədikləriniz

8 Yanvar 23:00 Qəbələ 733
“Fransa və Norveçdən klubları onu istəyirdi” – Yeni transfer haqda bilmədikləriniz

“Keyta ilə “Liepaya”da komanda yoldaşı olmuşuq. Səhv etmirəmsə, 2019-cu il idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında azərbaycanlı hüciumçu Vüqar Əsgərov deyib.

Futbolçu karyerasının əsas hissəsi Latviya futbolu ilə bağlı olan veteran oyunçu “Qəbələ”nin yeni transferi Seydina Keyta ilə eyni komandada top qovub.

2019-cu ildə təxminən 7 ay çiyin-çiyinə top çıxış edən futbolçuların mövqeyi fərqli olsa da, bir-birini yaxşı tanıyırlar.

Əsgərov saytımıza açıqlamasında Seneqaldan olan müdafiəçi barədə bunları deyib:

“Açığı, Keytadan 2-3 ildir xəbərim yoxdur. Latviyadan sonra Litvaya getmişdi deyəsən.

Mərkəz müdafuiəçisi kimi çox yaxşıdır. Sərt, fiziki cəhətdən hazırlıqlı idi, ağıllı oyunu ilə seçilirdi. Üstünlüklərindən biri qol vurmaq bacarığıdır. Məşqlərdə və oyunlarda bunu yaxşı bacarırdı.

Həm komanda yoldaşı olmuşuq, həm də ona qarşı rəqib qismində oynamışam.

Futbolçu və insani keyfiyyətlərinə söz ola bilməz. Mükəmməl biridir, pozitivdir.

Məncə, “Qəbələ”yə kömək edəcək. Çünki Kaxaber Tsxadadze sistem futbolunun tərəfdarıdır, Keyta da sistemə uyğun gəlir”.

Vüqar Seydina ilə bağlı danışarkən, 7 il əvvəl yaşanmış olayı xatırlayıb:

“Liepaya”da çıxış edəndən bir çox ölkələrdən təklifləri var idi. Fransa və Norveçdən klubları onu istəyirdi.

Yadımdadır ki, o vaxt klub prezidenti onu buraxmamışdı deyə, inciklik yaranmışdı. Çünki “Liepaya” ilə müqaviləsi var idi”.

33 yaşlı futbolçu karyerası ərzində meydana çıxdığı 221 matçda 16 qol vurub, 10 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti