Ölkəmizə yeni gələn əcnəbi, görün, kimin tanışı imiş!

7 Yanvar 19:40 Qəbələ 2 841
Ölkəmizə yeni gələn əcnəbi, görün, kimin tanışı imiş!

“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirdi.

33 yaşlı mərkəz müdafiəçisi Seydina Keyta azı mövsümün sonuna qədər bölgə təmsilçisinin uğurları üçün tər tökəcək.

Keyta illər öncə azərbaycanlı futbolçu ilə eyni komandada top qovub, bir neçə dəfə ona qarşı oynayıb.

Söhbət Latviya çempionatlarında 200-dən çox oyunda meydana çıxaraq 100-dən çox qola imzasını yazdıran Vüqar Əsgərovdan gedir.

Vüqarla seneqallı arxa xətt oyunçusu 2019-cu ildə eyni komandada çıxış edib.

Harada?

“Liepaya”da.

7 ay çiyin-çiyinə top qovan futbolçular bir-birini kifayət qədər yaxından tanıyır. Çünki Əsgərov “Dauqavpils”də çıxış edəndə həm də rəqib qismində üz-üzə gəliblər. Hətta bir yox, bir neçə dəfə.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Vüqar 2018-ci ildə “Dauqavpil”in şərəfini qoruyanda, “Liepaya” ilə görüşdə məhz Keytanı keçərək komandasının qələbə topuna imza ataraq dublunu rəsmiləşdirib.

Və həmin matçdan sonra “Liepaya”nın baş məşqçisinin təkidi ilə bu komandaya transfer olunaraq Seydina ilə eyni kollektivdə çıxış edib.

Maraq üçün bildirək ki, karyerasının əsas hissəsi Latviya ilə bağlı olan həmyerlimiz Azərbaycanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Zirə”nin uğurları üçün tör töküb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti