Çempionlar Liqasında qol vuran forvard Azərbaycanda imzanı atdı - RƏSMİ

7 Yanvar 20:20 Qəbələ 2 845
Çempionlar Liqasında qol vuran forvard Azərbaycanda imzanı atdı - RƏSMİ

“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb.

Klub bu barədə Sportinfo.az-ın yaydığı məlumatı rəsmən təsdiqləyib.

“Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmail Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyada - “Bray Vanderers”də başlayan forvard daha sonra bu ölkədə “Bohemians” və “Waterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan afrikalı bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb.

Həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

“Qırmızı-qaralar” bundan öncə seneqallı müdafiəçi Seydina Keyta ilə 1,5 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!