Özbəkistan komandasından ayrılan hücumçu Premyer Liqamızda - SON DƏQİQƏ

7 Yanvar 17:20 Qəbələ 3 614
Özbəkistan komandasından ayrılan hücumçu Premyer Liqamızda - SON DƏQİQƏ

Premyer Liqada qalmaq mücadiləsi verən «Qəbələ» heyətini gücləndirmək yolunda konkret addımlar atır.

Klub rəhbərliyinin Kaxaber Sxadadzeyə dəstəyi bu məqamda da özünü göstərir.

Belə ki, «qırmızı-qaralar» baş məşqçinin istədiyi daha bir legioneri Azərbaycana gətirib. Həmin oyunçu İsmail Akinadedir.

Nigeriyalının 31 yaşı var və hücumçu mövqeyində çıxış edir. Afrikalı son 6 ayı Özbəkistanda keçirib, «Əndican»ın formasını geyinib.

«Qəbələ» indiyədək 12 komandanın şərəfini qorumuş Akinade ilə 6 aylıq müqavilə imzalayacaq.

“Qəbələ” bugünlərdə qış fasiləsinin ilk transferini reallaşdırıb. Seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik kontrakt bağlayıb.

Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti