Braziliyalı müdafiəçi Eduardo Kunde "Qəbələ"də keçirdiyi vaxtdan danışıb.
Sportinfo.az xəbər verir ki, “Jornal Ibiá” nəşrinə danışan "sambaçı" Azərbaycanda xoşbəxt olduğunu bildirib:
"Ailə təməldir, enerjimizi bərpa etdiyimiz və irəliləyə biləcəyimiz yerdir. Braziliyadan kənarda yaşadığım təcrübə sayəsində dil və mədəniyyət kimi bütün digər məsələlərə öyrəşmişəm.
Yaponiya və İndoneziyada oynamışam, Asiya ölkələri həm mədəniyyətə, həm də futbolun özünə böyük təsir göstərir.
Düşünürəm ki, onlar daha çox qaçırlar. Lakin bu, çox vaxt lazımsız olur.
Digər tərəfdən, Bolqarıstan daha yüksək taktiki və texniki səviyyəyə malikdir. Azərbaycan həm texniki, həm də taktiki cəhətdən ən keyfiyyətli komandalar gördüyüm ölkədir.
Bu, çox yaxşı, həm də yaxşı təşkil olunmuş liqadır. Komandalar kompakt və mütəşəkkil qalarkən topa sahib olmağa və sürətli hücumlara üstünlük verirlər.
Azərbaycan çempionatı məni həqiqətən təəccübləndirdi. “Qəbələ”ni seçməyim düzgün qərar idi. Burada oynamaqdan çox xoşum gəlir".

