“Qəbələ”nin bu qış fasiləsində yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər müəyyənləşib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da Qəbələdə “Kəpəz”lə qarşılaşacaq komanda 3 gün sonra hazırlıq prosesinin ikinci mərhələsi üçün Bakıya yollanacaq.
“Qəbələ” burada daha iki oyun keçirəcək.
Yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək “qırmızı qaralar”, ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq.
Oyunların başlama saatı və məkanı barədə əlavə məlumat veriləcək.

