“Mənə inam verən, imkanlar yaradan komanda yoldaşlarımdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Adriel Ba Lua deyib.
Fransalı legioner bu mövsümdən formasını geyindiyi komandadakı çıxışını dəyərləndirib:
“Futbolda 11 nəfər 11 nəfərə qarşı oynayır. Oyun vaxtı “Qəbələ”də məndən başqa 10 nəfər olur.
Onlar olmasa, mən təkbaşıma heç nə edə bilmərəm. Ona görə də özümü heç kimdən üstün saymıram.
Ola bilsin, əksər vaxtlarda məsuliyyəti üzərimə götürüb nəsə etməyə çalışıram, topla daha çox davranıram.
Lakin bu, komandanın təkcə məndən ibarət olması anlamına gəlməməlidir. Bir çox oyunlarda rəqibin bir neçə futbolçusu məni diqqətdə saxlayır.
Və belə olanda hərəkət, zərbə, qaçış imkanlarım məhdudlaşır. Lakin mən superman deyiləm ki, təkbaşıma rəqibin 11 futbolçusuna qarşı oynayım”.

