Yenidən ölkəmizdə? - Hara getsə, onları özüylə aparacaq

14:20 Qəbələ 432
Yenidən ölkəmizdə? - Hara getsə, onları özüylə aparacaq

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni klubu hələ də bəlli deyil.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis onunla maraqlanan komandalara konkret cavab deməyib.

Qriqorçukun variantları arasında Qazaxıstan klubları, həmçinin keçmiş komandaları “Qəbələ” və “Çernomorets” də var.

Çalışdırıcı yeni iş yerini dəqiqləşdirməsə də, artıq köməkçilərini müəyyənləşdirib. O, hansı komandanın “sükanı arxasına” keçsə, Mixail Savka, Stepan Matveyev və Andrey Qluşenkonu özünə köməkçi aparacaq.

Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”yə, 2024-cü ildə isə “Neftçi”yə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti