Premyer Liqamızda çalışan iki məşqçi Arveladze və Kvaratsxeliya ilə bir yerdə - FOTOLAR

28 Dekabr 2025 09:00 Qəbələ 1 034
Premyer Liqamızda çalışan iki məşqçi Arveladze və Kvaratsxeliya ilə bir yerdə - FOTOLAR

Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə UEFA Pro məşqçi kateqoriyasının uzadılması ilə bağlı növbəti təlim keçirilib.

Sportinfo.az xəbər verir ki, təlimə qatılan 41 məşqçininin lisenziyaları daha 3 il uzadılıb.

Kursda “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze və onun köməkçisi Georgi Çixradze də iştirak ediblər.

Kursa son olaraq Türkiyənin “Kasımpaşa” klubunu çalışdırmış Şota Arveladze, vaxtilə Azərbaycan millisinin, “Şəmkir”, “Kəpəz” kimi klubların formasını geyinmiş Badri Kvaratsxeliya kimi tanınmış simalar da qatılıb.(msport.az)







Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!