Premyer Liqa təmsilçisi icarəyə götürdüyü yetirməsi ilə vidalaşır

21 Dekabr 2025 09:50 Qəbələ 2 130
Premyer Liqa təmsilçisi icarəyə götürdüyü yetirməsi ilə vidalaşır

«Qəbələ» öz yetirməsinin xidmətindən imtina edib.

Söhbət klubun akademiyasından çıxan Rüfət Əhmədovdan gedir.

22 yaşlı sol cinah müdafiəçisi Kaxaber Sxadadzenin yeni illə bağlı planlarında yer almayıb.

Baş məşqçi mövsümün əvvəlində “Turan Tovuz”dan 1 illik icarəyə götürülən arxa xətt oyunçusunu ona lazım olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Gürcüstanlı çalışdırıcı Əhmədovun işinə yanaşmasından narazı qaldığı üçün bu qərarı verib. Belə ki, o, Rüfətin idman rejiminə riayət etməməsini və intizamsızlığını əsas götürüb.

Sezonun geridə qalan hissəsində əsas heyətə düşməyə çətinlik çəkən müdafiəçi karyerası ərzində “Kəpəz”də də çıxış edib. U-21 millisinin heyətində 9 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!