“Günahı özümüzdə axtarmalıyıq, bu, normal deyil”

19 Dekabr 23:40 Qəbələ 76
“Günahı özümüzdə axtarmalıyıq, bu, normal deyil”

“Bu gün azı 13-15 xalımız olmalıydı. Bəlkə də daha çox”.

Bu sözləri Sportinfo.az-a açıqlamasına “Qəbələ”nin vingeri Domi Massumo deyib.

Konqo Respublikasından olan legioner Premyer Liqamızda ilk mövsümünü keçirir. 2024-cü ildən “qırmızı-qaralar”ın formasını geyinən afrikalı komandanın cari çıxışını dəyərləndirib:

“On beş turdan sonra “Qəbələ”nin aktivində 8 xal var. Bu, təbii ki, normal göstərici deyil.

“Neftçi” ilə qarşılaşmada 4-5 real qol imkanını boşa verdik, “Zirə”ylə səfər qarşılaşmasında penaltidən yararlana bilmədik, qapımızdan asan qol buraxdıq.

“Karvan-Yevlax”la ilk turdakı oyunda qalib gəlməliydik. Günahı özümüzdə axtarmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 03:10 Azərbaycanda 12:2