Xayme Syerranın “Qəbələ”yə keçidi maraqla qarşılanmışdı.
Futbolçular transfer anonsu zamanı topla hərəkətləri ilə azarkeşlərin diqqətini çəksə də, ispan yarımmüdafiəçi qeyri-adi görünüşə malik iti ilə kameraların önünə keçmişdi.
Xayme Azərbaycanda sevgilisi yox, məhz iti ilə yaşayır. Hətta gəzintilər zamanı da heyvan dostunu özü ilə aparır, evdə qalmasına imkan vermir.
Sən demə, 27 yaşlı futbolçu Azərbaycandakı ilk günlərində çətinliklə üzləşib. Lakin zamanla çətinlikləri dəf edərək rahat həyata qədəm qoyub.
Xayme Sportinfo.az-a açıqlamasında yaşadıqları ilə bağlı danışıb:
“Yeni gəldiyim dönəmlərdə itimlə bağlı ciddi narahatlıq yaşayırdım. Oteldə qaldığım vaxt heyvanın ora daxil olmasına icazə vermirdilər.
Hətta bəzi taksilər belə, maşına buraxmırdılar. Həmin müddətdə əlacsızlıqdan kirayə ev axtarmağa başladım.
Çünki o vəziyyətdə davam edə bilməzdim. Həqiqətən çətin dönəmdən keçdim, ancaq dözdüm.
Çıxış yolları axtarmaqla səbr etməyin cavabını aldım. Klub rəsmiləri sağ olsunlar, mənə ev tapmağa kömək etdilər.
İndi itimlə bir evdə ikimiz yaşayırıq. Sevgilim hazırda yanımda deyil.
Yerli insanlar da sağ olsunlar, mənə necə dəyər verirlərsə, itimə də o cür sevgi ilə yanaşırlar”.
“Qəbələ”nin “6 nömrə”si cari mövsümdə 2-si Azərbaycan kubokunda, 13-ü Premyer Liqada olmaqla 15 oyunda şans qazanıb ki, 2 məhsular ötürmə ilə yadda qalıb.
HƏBİB

