Bir neçə gün öncə «Səbail»in baş məşqçi postunu tərk edən Elvin Məmmədov yeni təyinat alıb.
Gənc mütəxəssis artıq «Qəbələ»də işə başlayıb,
O, «qırmızı-qaralar»ın 17 yaşlılardan ibarət komandasının sükanı arxasına keçib. Elvin Məmmədov burada Ayxan Cəfərzadəni əvəzləyib. Onunla bağlanan müqavilənin müddəti 5 ay+1 ildir.
Adıçəkilən məşqçi ötən 1 ildə «Səbail»də fəaliyyət göstərib. Cavid Hüseynovun köməkçisi kimi Bayıl təmsilçisində işə başlamış məşqçi bu ilin martında görəvi ondan təhvil alıb.
«Dənizçilər»i Premyer Liqada saxlaya bilməyən çalışdırıcı I Liqada da istənilən nəticələri qazanmağı bacarmayıb.
Çempionatın ilk dövrəsindən sonra lider «Şəfa»dan 5 xal geri düşən «Səbail» Məmmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
SPORTİNFO.AZ


