"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında baş tutan matç Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Portuqaliya təmsilçisinin qollarını İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) vurublar.
"Araz-Naxçıvan"ın heyətində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) fərqləniblər.
Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib.
Komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.
"Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan) 4:2
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır)
Lissabon. "Pavilhao Fidelidade".
İlk oyun - 9:0

