Kasıb olanda nə olar…

15:00 Qəbələ 54
Kasıb olanda nə olar…

«Qəbələ» cari mövsümün ikinci qələbəsini qazanmaq üçün 13-cü turu gözləməli deyildi.

Çempionatda yeganə komanda onlardır ki, oyunu ilə nəticələri bir-birinə tərs-mütənasibdir.

Həmişə belə görmüşük ki, baxımlı futbol özüylə yaxşı nəticə gətirir. Amma «Qəbələ»də bu, çox uzun çəkdi.

O qədər uzun ki, rəhbər postda əyləşənlərlə Kaxaber Sxadadze üz-üzə gəlməli oldu. Bir qədər də belə davam etsəydi, baş məşqçinin yerini kiməsə təhvil verməkdən savayı çarəsi qalmayacaqdı.

«Qəbələ» tipik məşqçi komandasıdır. Fərdi oynundan ötrü sinov gedəcəyin çox oyunçusu yoxdur.

Olsa-olsa, iki-üç nəfər. O da ki olsa yəni.

Sxadadze sıradan sayıla biləcək yerli və əcnəbilərlə hərəkətli komanda yaradıb. Açığı, onun yerində bir qeyrisi əyləşsəydi, bu işi bacaracağına şübhə ilə yanaşardım.

Gürcü sərəncamındakı sınıq-salxaq, təcrübəsiz və sayı məhdud kontingentə belə baxımlı futbol oynatdırırsa, görün, ona nisbətən səviyyəli futbolçularla işləmək imkanı yaratsan, nələr edər!

Şəxsən bəndəniz Kaxada bu potensialı görür.

«Araz-Naxçıvan»ın iki ortabab oyunçusunun qiyməti «Qəbələ»nin illik transfer xərcinə bərabərdir. Elmar Baxşıyevin ehtiyat skamyada əyləşdirdiklərindən hansı birini ayağa qaldırsan,

«Qəbələ»nin ən ödənişli futbolçusundan çox maaş alır. Amma bu maliyyə/büdcə fərqi son oyunda qətiyyən hiss olunmadı.

Əksinə, «Qəbələ» bütün komponentlərdə «Araz»a üstün gəldi, Futbol ilahəsi, nəhayət, «Qəbələ» ilə insaflı davrandı bu dəfə.

Üç xal üçün tökdükləri təri havada soyutmadı. Layiq olan qələbəni qazandı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü