Özünküləri qınadı: "Qəbələ" ilə heç bir prinsipim yoxdur"

30 Noyabr 2025 19:40 Qəbələ 1 202
Özünküləri qınadı: "Qəbələ" ilə heç bir prinsipim yoxdur"

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” ilə oyunundan (1:2) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq.

- "Qəbələ"yə uduzmağınıza görə təəssüflənirsiz, yoxsa 3 xal itirdiyinizə görə?

- Mənim "Qəbələ" ilə heç bir prinsipim yoxdur. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. "Qəbələ" qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!