Premyer Liqanı tərk etmək riski ilə üzləşən klubda 5 nəfərlik TRANSER hazırlandı

16:40 Qəbələ 217
Premyer Liqanı tərk etmək riski ilə üzləşən klubda 5 nəfərlik TRANSER hazırlandı

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze qış transfer planını müəyyənləşdirib.

Klub rəhbərliyi ilə görüşən gürcüstanlı mütəxəssis onu masanın üzərinə qoyub.

2024-cü ilin martından «qırmızı-qaralar»ı çalışdıran qonşu ölkənin təmsilçisi yeni ildə 5 oyunçunun alınmasını istəyib.

O, xüsusən 3 legioner üzərində dayanıb. Mərkəz müdafiəçisi, hücumameylli yarımmüdafiəçi və hücumçu mövqelərinə əcnəbi oyunçuların gətirilməsini tələb edib,

Məlumat üçün deyək ki, hazırda «Qəbələ»nin düşərgəsində olan xaricilərin sayı 9-dur. Əgər qeyd olunan sayda legionerlə müqavilə bağlasalar, hər birinə görə 10000 manat üzvlükhaqqı ödəmələri lazım gələcək.

Sxadadze qapıçı və sol cinah müdafiəçisi zonasında yerliləri görür. Baş məşqçi hesab edir ki, Səlahət Ağayev və Süleyman Damadayevə etimad göstərmək risklidir.

Bu yay Premyer Liqaya I Liqanın çempionu kimi qayıtmış əyalət təmsilçisi 12 tur ərzində zəif nəticə göstərib.

Passivinə 9 məğlubiyyət yazdırmış «Qəbələ» 5 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!