Hər dəfə transfer söhbəti edib, özünü gözdən salan - Qurtar bu tamaşanı!

16:30 Qəbələ 138
Hər dəfə transfer söhbəti edib, özünü gözdən salan - Qurtar bu tamaşanı!

Premyer Liqada qalmaq mücadiləsinin içində olan «Qəbələ» üçün kritik dönəm başlayıb.

Məğlubiyyət zəncirinin uzanması Kaxaber Sxadadzenin «dilini açıb».

Hər yenilgidən sonra gürcünün dərdi bir qədər də böyüyür. Belə vəziyyətlərdə sanki yarasına duz basırsan, öz-özünə o ki var qovrulur!

Suda boğulan adam təəssüratı oyadır. Saman çöpündən belə, yapışır ki, bəlkə sağ qalsın.

Vəzifədən atılmağın qorxusunu yaşayır. İstəmir getmək.

«Qəbələ»dən də qovulsa, bilir ki, uzun müddət haradasa işləməyəcək. Başa düşür ki, buradakı uğursuzluqdan sonra Azərbaycandan ayağı birdəfəlik kəsilə bilər.

Kaxanın yay transfer dövründə səhvə yol verdiklərini söyləməsi ilk etirafı deyil. Baş məşqçi keçən həftələrdə də bunu deyib.

Pis də budur. Bir dəfə dedin, bildik. Hər dəfə eyni sözü təkrarlamaq isə ona qətiyyən yaraşmır.

Yaşına, başına, keçmişinə, təcrübəsinə yaraşmayan yanaşmadır bu.

Futbolçularının nəzərində gözdən düşür bununla - psixoloji durumu nəzərə almır. Komandasının üzvü görəndə ki baş məşqçi hər uduzulan oyundan sonra on(lar)dan belə danışır, gileylənir, növbəti tura özünü necə konsentrasiya eləsin?

Axı uduzulan oyun futbolçuya güc vermir, güc alır, sən də bir yandan qabırğalarına döşəyirsən. Azər Həşimovsan?

Pultla idarə olunursan? Qurtar da bu tamaşanı, keç yeni səhifəyə.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!