"Qəbələ"nin prezidenti və kapitanından şəhid qızına verilən DƏYƏR

11 Noyabr 19:00 Qəbələ 612
"Qəbələ"nin prezidenti və kapitanından şəhid qızına verilən DƏYƏR

Premyer Liqanın 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən "Zəfər turu" adlandırılması ilə yadda qaldı.

Bu səbəbdən oyunlarda topa ilk toxunuşu tarixi zəfərdə imzası olanlar vurub.

"Qəbələ" - "Sumqayıt" oyununda bu missiya öncədən meydan sahiblərinin prezident Fariz Nəcəfov və kapitan Asif Məmmədova həvalə olunub.

Amma Vətən Müharibəsində iştirakçı olan hər iki şəxs alqışalayiq addımla yadda qalıb.

Belə ki, onlar PFL-ə müraciət edərək bu missiyanın Vətən müharibəsində şəhid olan "Qəbələ" azarkeşi Təbriz Qasımovun qızı Fatimə Qasımovaya tapşırılmasını xahiş ediblər.

Təbii ki, PFL bu təklifə isti yanaşıb və oyunda topa ilk toxunuşu simvolik olaraq Fatimə balamız edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!