İşləri pis getdi, əlavə büdcə ayırdılar - Üç legioner gətirmək üçün

17:00 Qəbələ 244
İşləri pis getdi, əlavə büdcə ayırdılar - Üç legioner gətirmək üçün

«Qəbələ» rəhbərliyi yeni transfer çalışmaları üçün əlavə büdcə ayırıb.

Komandanın Premyer Liqanın ilk 10 turunda uğursuz nəticələrə imza atması bu baxımdan yönətimi hərəkətə gətirib.

«Qırmızı-qaralar» qış fasiləsində 3 legioner gətirməyi qərara alıb. Kaxaber Sxadadze ondan sonra komandanın başında dayansa da, dayanmasa da.

Gürcü çalışdırıcıdan o qədər razı deyillər. Ona möhlət veriblər.

2024-cü ilin martından burada çalışan baş məşqçiyə 2 aylıq zaman tanınıb. Gürcüstanlı mütəxəssin işinə qiyməti ilin sonunda alacaq.

Bir ildən sonra Premyer Liqaya qayıtmış «qırmızı-qaralar» uğursuz mövsüm keçirir. Əyalət təmsilçisi yeddinci məğlubiyyəti «Sabah»dan alıb.

Masazırda keçirilən matçda mineimalhesablı yenilgiyə uğrayan «Qəbələ»lilərin avtivində vur-tut 5 xal var.

Turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan kollektiv son sıradakı «Kəpəz»i cəmi 2 xal qabaqlayır.

Hazırda «Qəbələ»nin müqaviləli əcnəbi oyunçularının sayı 9-dur. Bundan sonra anlaşacaqları 3 legionerin hər binnə görə 10 min manat üzvlük haqqı ödəməli olacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti