“Ailəm mənə dedi ki, Azərbaycan klubuna getmək dəlilik olar”

01:00 Qəbələ 164
“Ailəm mənə dedi ki, Azərbaycan klubuna getmək dəlilik olar”

"Atletik"in futbol akademiyasının yetirməsi, bir müddət “Qəbələ”nin qapısını qorumuş Kristof Atanqana Azərbaycandakı legioner həyatını xatırlayıb.

Sportinfo.az xəbər verir ki, İspaniyanın “Deia” nəşrinə danışan "Qəbələ"yə transferinin necə baş tutmasından danışıb:

"Qəbələ"yə keçmək fürsətim yarananda tərəddüd etdim, əmin deyildim. Ailəmlə danışdım və dedilər ki, Bask bölgəsindən 12 min kilometr uzaqlaşlıqdakı komandaya keçmək dəlilik olardı.

Amma mən bir az inadkaram və bu çətinliyi qəbul etdim. Başlanğıc qəribə idi; nə qədər addım atdığımın fərqinə varmadım, amma bir neçə həftə sonra tamamilə fərqli bir dünya olduğunu başa düşdüm.

Yaşıl dağları ilə mənə daha çox Bilbaonu xatırladan şəhər təəccübləndirdi. Yaxşı ki, ingiliscə danışıram.

Çünki bu da mənə kömək oldu. Ora bir illik getmişdim, üç il qaldım”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR