Bu dəfə əldən çıxan qələbədə MÜQƏSSİR ODUR!

18:35 Qəbələ 204
Bu dəfə əldən çıxan qələbədə MÜQƏSSİR ODUR!

"Qəbələ" qələbələri sağa-sola xərcləməklə məşğuldur.

"Karvan-Yevlax" Zirə", "Turan Tovuz" və "Araz-Naxçıvan"la görüşlərdə olduğu kimi, "qırmızı qaralar" "İmişli" səfərində də oyunun gedişində qazandığı üstünlüyü əldən verdi.

"Karvan-Yevlax"la matçda əldən çıxan qələbənin üzərindən "heyət yenidir, mövsüm təzə başlayıb" deyib keçdik.

"Araz", "Turan" və "Zirə" ilə matçlarda əldən çıxan qələbələri rəqiblərin səviyyəsinə bağladıq.

Bəs Qubada yaşananlara nə ad verək?

74 dəqiqə 2:0 üstün olduğu matçda "Qəbələ" qələbəyə sevinə bilmədi.

Özü də dişinə, gücünə görə rəqiblə görüşdə.

Bəli, baş hakim İnqilab Məmmədovun kobud səhvi oldu. "İmişli" 0:2 məğlub olanda müdafiəçisi Ronaldo qırmızı vərəqə ilə cəzalanmalı idi. Amma referi onu bağışladı.

Lakin məğlubiyyətdə ən azı bu hadisə qədər, bu cür üstünlüyün əldən çıxmasında günahı olan Kaxaber Tsxadadze də günahkardır.

Ağır meydanda iki qat güc sərf edən oyunçularına qənim kəsildi. Həmkarı Kaşkilya əvəzetmələri sıraya düzdüyü bir vaxtda o meydana tamaşa etməklə yadda qaldı. Bəlkə də qələbəni əlinin içində bildi. Bu da acı nəticəsi...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti