Premyer Liqa klubunun prezidenti baş məşqçini danladı və barmaq silkələdi!

14:40 Qəbələ 304
Premyer Liqa klubunun prezidenti baş məşqçini danladı və barmaq silkələdi!

«Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyi tərəfindən danlanıb.

Buna səbəb onun «Şamaxı» ilə Premyer Liqanın 7-ci tur matçından sonra etdiyi hərəkətdir.

Belə ki, doğma meydanda «Şamaxı»ya 0:1 hesabıyla uduzan «qara-qırmızılar»ın çalışdırıcını yerli azarkeşlər istefaya səsləyib. O isə bu çağırışla razılaşmayıb, fanatlarla kəskin mübahisə edib.

Əcnəbi mütəxzəssisin yerli publikaya sərt reaksiyası Fariz Nəcəfovun xoşuna gəlməyib.

Prezident Sxadadze ilə görüşərək, ona ciddi irad bildirib. Həmçinin xəbərdarlıq eləyib ki, analoji hal bir daha təkrarlanarsa, barəsində sərt tədbir görəcək.

I Liqanın çempionu kimi Premyer Liqaya qayıtmış əyalət təmsilçisi ilk yeddi həftədə cəmi 4 xal toplayıb.

Beş məğlubiyyətlə üzləşmiş qəbələlilər hazırda turnir cədvəlinin 11-ci - sondan əvvəlki pilləsində «məskunlaşıb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti