"Qəbələ"li dünya çempionatında ərəblərə qol vurdu

08:50 Qəbələ 165
"Qəbələ"li dünya çempionatında ərəblərə qol vurdu

Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib.

“Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Nasiru oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, əvvəlcə - 10-cu dəqiqədə hesabı açıb, 38-ci dəqiqədə isə qol ötürməsi edib. Salihu 70-ci dəqiqədə əvəzlənib.

Nigeriya millisi bu qələbə sayəsində qrupda üçüncü pilləyə yüksəlib. Onlar növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcəklər.

Turnir cədvəli

Digər Xəbərlər
Xəbər Lenti