“Qarabağ” bir başqa səviyyədir, onlara qarşı 11 nəfərlə oynamaq asan deyil”

28 Sentyabr 23:20 Qəbələ 119
“Qarabağ” bir başqa səviyyədir, onlara qarşı 11 nəfərlə oynamaq asan deyil”

“Qəbələ” həmişəki “Qəbələ”dir, sadəcə, qırmızı vərəqə bizə çox təsir etdi.

“Qarabağ”a qarşı 11 nəfərlə oynamaq asan deyil, bir nəfər azlıqda oynamaq daha da çətindir. Onlar bir başqa səviyyədir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Süleyman Damadayev deyib.

22 yaşlı müdafiəçi Premyer Liqanın VI turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları matçı dəyərləndirib:

“Ağır oyun keçdi. “Qarabağ” ölkədə bir nömrədir. Bizim oyunçuların isə əksəriyyəti gəncdir.

Birinci dəqiqədə qırmızı vərəqə aldıq. Bütün planlarımız pozuldu.

Bu oyun daha çox müdafiədə keçdi. Düşünürəm, pis oynamadıq.

Çempionat hələ yeni başlayıb və qarşıda çox oyunlarımız var. Hər şey yoluna düşəcək.

Yaxşı baş məşqçimiz və yaxşı komandamız var. Daha yaxşıya doğru gedəcəyik. Böyük problemimiz yoxdur, sadəcə vaxt lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 20:00 Çək və bizə göndər!
28 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM