Azərbaycana qaçmaq istəyən və tutulan tanınmış qapıçının meneceri zəng vurub deyib ki…

16:00 Qəbələ 341
Azərbaycana qaçmaq istəyən və tutulan tanınmış qapıçının meneceri zəng vurub deyib ki…

Kiyev «Dinamo»sunun sabiq qapıçısı Artur Rudkonun ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılması günlərdir medianın xəbər başlığıdır.

33 yaşlı kiperin əməlinin pərdəarxası kifayət qədər rezonans doğurub.

Ukrayna KİV-i iddia edir ki, o, karyerasını Azərbaycanda - "Qəbələ”də davam etdirməyi planlaşdırırmış.Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.

Rudko Ukrayna-Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir “teleqram” kanalı olub.

Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.

Rudkonun karyerasındakı son klub “Çernomorets” olub. Oranı 2024/25 mövsümündə tərk edib. O, hazırda azad agent statusu daşıyır.

Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.

Rudko hazırda Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzində saxlanılır.

Saytımız Rudkonun həbsinin mahiyyəti ilə bağlı maraqlı məlumat alıb.

Redaksiyamıza məlum olub ki, ukranalı kiperin meneceri avqustda «Qəbələ» rəhbərliyi ilə əlaqə saxlayaraq, onun tezliklə Azərbaycana gələ biləcəyini deyib.

Agent həmçinin qeyd edib ki, Cənubi Kipr və BƏƏ klubları da «əlcək sahibi»nin xidmətində maraqlıdır.

«Qırmızı-qaralar» Rudko ilə anlaşmağa hazır olduqlarını söyləyib, eyni zamanda, qarşı tərəfin diqqətinə çatdırıblar ki, sənədləşmə problemini özü həll etməlidir.

Menecer qapıçının şəxsi əlaqələri hesabına ölkədən çıxacağını söyləyib və «Qəbələ» mənsublarından bir qədər gözləmələrini istəyib.

O «bir qədər», bu «bir qədər»… Rudkonun tərəfdaşından bir də zəng gəlməyib.

Klub təmsilçiləri də yalnız bugünlərdə xəbər tutub ki, sabiq «Dinamo»çu Ukrayna-Moldova sərhədində yaxalanıb.

SPORTİNFO.AZ

Azərbaycan klubu ilə müqavilə bağlamaq üçün ölkədən qaçmaq istədi, həbs olundu! - FOTO

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:40 Bu nağıl nə vaxt bitəcək?
24 Sentyabr 20:40 Gəl, “Neftçi”, gəl!