Üç məğlubiyyət alan "Qəbələ"nin 3 PROBLEMİ

14 Sentyabr 22:05 Qəbələ 188
Üç məğlubiyyət alan "Qəbələ"nin 3 PROBLEMİ

Üç turdur ki, «Qəbələ» uduzur. «

Zirə» ilə başlayan uğursuzluq seriyası «Araz-Naxçıvan»la davam etdi, bu dəfə isə «Turan Tovuz»a yenildilər.

Əslində, «Qəbələ» meydanı xalsız tərk etməli deyildi bu oyunlarda. Dünən də fərdi səhvlər və təcrübəsiz işini gördü. Heç nədən öz qapılarında qol gördülər.

Nicat Əliyev artıq neçənci dəfədir ki, səhvə yol verir. İndi hamı düşüb bu cavan oğlanın üstünə.

Kaxaber Sxadadzenin yerində başqa bir əcnəbi baş məşqçi olsaydı, Əliyevi hələ «Zirə» ilə qarşılaşmadan sonra ehtiyat skamyanın daimi sakini etmiş, üstündən çalın-çarpaz xətt çəkərdi.

Gürcü isə dirənməyində davam edir: «Qəbələ» ilə Azərbaycan futboluna yerli gənclər qazandırmaq istəyir.

Bu, bəlli. Bəlli olmayan isə Eduardo Kunde kimi legionerləri necə, hansı gözlə baxıb bəyənməsidir. Almaniyalı müdafiədə etibarsızdır, kobud səhvlərə yol verir tez-tez.

Sxadadze 19 yaşlı Prins Ovusuya əsas heyətdə güvənir. Qanalı gəncin texnikası əladır, sürəti də normaldır.

Sadəcə, o, fərdi oyuna çox meyllənir, vaxtında ötürmə etmir, hücumun, yaxud əks-hücumun daha sürətli alınmasına, şaxələnməsinə həvəs göstərmir.

Özü və publika üçün oynayır, komandanı az düşünür.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 20:00 Çək və bizə göndər!
14 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq
14 Sentyabr 02:20 Daha 5 transfer - FOTOLAR
13 Sentyabr 20:40 Son söz AFFA-da!