Fransa və Kamerun yığmalarında forma geyindi, Azərbaycana gəldi - TRANSFER

00:40 Qəbələ 107
Fransa və Kamerun yığmalarında forma geyindi, Azərbaycana gəldi - TRANSFER

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo Fuxsu transfer edib. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu İsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib.

Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin” olub.

Jondo Fuxs həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O Kamerunun əsas millisinin heyətində 2 oyuna çıxıb.

“Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”