
“Qəbələ”nin yeni transferi Eduardo Kunde ilə bağlı maraqlı fakt var.
27 yaşlı müdafiəçi Braziliyada doğulsa da, Almaniya vətəndaşlığını daşıyır. Lakin karyerası boyunca heç vaxt Almaniyada top qovmayıb.
Futbolun sirlərinə yiyələndiyi Braziliyada başlayıb, Yaponiyada və Bolqarıstanda legioner həyatı yaşayıb, son olaraq İndoneziyada çıxış edib.
Maraqlıdır ki, vaxtilə Azərbaycanda top qovmuş və hazırda ölkəmizdə legioner həyatı yaşayan braziliyalıların arasında Kundenin şəxsən tanıdığı yoxdur.
Əvəzində, ötən mövsüm eyni komandada çıxış etdiyi hücumçu dostu ilə Premyer Liqada üz-üzə gələcək.
Kundeni dinləyək:
“Bura gələndə rəqib komandaların iştirak ərizəsinə göz gəzdirdim. Düzü, şəxsən tanıdığım adlara rast gəlmədim.
“Zirə” ilə görüşdən sonra rəqib komandanın müdafiəçisi Ruan Renato ilə söhbət etdik. İkimiz də Braziliyadan olduğumuz üçün bəzi mövzularda söhbət etdik.
Şəxsən tanıdığım “Şamaxı”nın hücumçusu Karim Rossidir. Otən mövsüm onunla İndoneziya klubu “Persis Solo”da oynamışıq. İndi isə rəqib qismində üz-üzə gələcəyik (gülür).
HƏBİB / SPORTİNFO.AZ