Azərbaycanda stadiona gələnlər xoş sürprizlə qarşılaşdı, ajiotaj yarandı - VİDEO

28 Avqust 2025 16:40 Qəbələ 1 452
Azərbaycanda stadiona gələnlər xoş sürprizlə qarşılaşdı, ajiotaj yarandı - VİDEO

Qəbələ səfərində bölgə azarkeşlərinin futbol üçün darıxdığının canlı şahidi olduq.

“Qəbələ” – “Zirə” matçını izləmək üçün stadiona 1000-dən artıq azarkeş təşrif buyurmuşdu ki, matçla bağlı bilet satışının aparıldığını nəzərə alsaq, bu, kifayət qədər yaxşı rəqəmdir.

Çünki əvvəlki dönəmlərdə - bilet satışı olmayanda Qəbələdə bu qədər tərəfdara rast gəlmək çətin məsələydi.

Klub rəhbərliyi fanatları əyləndirmək üçün cari mövsümdən etibarən maraqlı addım atması diqqətdən yayınmadı.

Belə ki, hakimin start fitindən bir saat əvvəl meydanın kənarında iki maskot göründü. Biri kluba, digəri isə klubun əməkdaşlıq etdiyi şirkətə - SAB-a məxsus olan maskotlar azarkeşləri darıxmağa qoymurdu.

Tribunaları gəzən nağıl qəhrəmanları azarkeşlərlə şəkillər çəkdirməyi də unutmadılar.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!