Hər kəs diqqət etsin: Əcnəbi baş məşqçidən VACİB SLOQAN VAR!

28 Avqust 2025 17:00 Qəbələ 1 434
Hər kəs diqqət etsin: Əcnəbi baş məşqçidən VACİB SLOQAN VAR!

"Qəbələ" təəccübləndirməyə davam edir...

Ötən tur üstün oynadıqları oyunda qələbəni əldən verdilər. "Zirə" ilə görüşdə ən azı 1 xala layiq idilər.

Nəzərə alaq ki, rəqib Konfrans Liqasının əsas mərhələsində iştirak etməli kollektivə sahibdir.

Açığı, Kaxanın bu heyətlə gələn-gedənə rahat təslim olacağını gözləyirdim. Görünən odur ki, adam əziyyət çəkir. Ortaya iş çıxarmağa cəhdlər edir.

Amma istənilən halda bu heyətlə çətin olacaq. Xüsusilə gəlmələrin hələ də komandanın yükünü daşıya bilməməsi ciddi problemdir.

Gürcüstanlı mütəxəssisin matçdan sonra "gənclərlə işləməyə davam edib, legionerlərdən də çox şey tələb etməliyik" deməsi əslində buna işarə idi.

Hə, bu arada Kaxanın bu cümləsi çox xoşuma gəldi. Məncə, sloqan kimi bütün klublarımızın giriş qapısına, bəzi yerli məşqçilərin, klub rəhbərlərinin və futbol adamlarının isə iş dəftərçəsinin üz qabığına yazmaq lazımdır.

Tez-tez oxusunlar, xatırlasınlar, bəlkə əməl də etmiş oldular...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!