Hər əcnəbi baş məşqçi azərbaycanlı futbolçuya güvənmir

16:00 Qəbələ 421
Hər əcnəbi baş məşqçi azərbaycanlı futbolçuya güvənmir

Legioner limitinin ləğvi ilə Premyer Liqanın qapıları əksər yerlilərin üzünə bağlanıb.

Komandaların bir çoxu azərbaycanlı futbolçulara az şans tanıyır.

İki-üç nəfər əsas heyətdə yer alar, ya almaz.

Kaxaber Sxadalze sağolsun, belə eləmir. Əcnəbi həmkarlarına nümunə göstərə bilərik onu.

Gürcü baş məşqçi ötən gün də 5 azərbaycanlıya ilk «11-lik»də forma haqqı tanıdı, içlərində də 3 gənc.

Onlardan Eşqin Əhmədov 32-ci dəqiqədə uşaq səhvi etdi, topu ayağında saxlaya bilmədi, epizod Ceyhun Nuriyevin bərabərlik qolunu vurmasıyla nəticələndi.

Buna baxmayaraq, Kaxa Əhmədova dəymədi, 70-ci dəqiqəyədək meydanda saxladı. Güvənmək bax belə olur! Azərbaycanlı gəncə inanmaq bax belə olar!

«Qəbələ»nin dünənki oyunu alqışlanmalıdır! Nicat Əliyev fürsətcilliyini dilləndirib, Premyer Liqada ilk qolunu vurdu.

Bir real fürsəti də qaçırdı. Tək o?

Yox!

Ev sahibləri 30-cu dəqiqəyə kimi daha üç belə imkanı dəyərləndirə bilmədi.

Üçüncü zonada basqılı və sürətli oyun sərgiləyən «Qəbələ» bu epizodlardan birini qola çevirsəydi, çətin ki, «Zirə» sonrakı bölümdə köklü dönüş edərdi.

Sadəcə, təcrübə ilə təcrübəsizliyin dueli yekun nəticəyə öz damğasını vurdu.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti