Tezliklə iki-üç transfer etməsəsələr, günü qara olacaq

10:40 Qəbələ 258
Tezliklə iki-üç transfer etməsəsələr, günü qara olacaq

«Qəbələ» 1 ildən sonra qayıtdığı Premyer Liqaya 1:1-lə başladı.

Şamaxıda «Karvan»ın qonağı oldular və düzünü demək lazımdırsa, qələbəni qaçırdılar.

Qarşılıqlı hücumlar şəraitində keçən bir oyun idi. Top bir ayaqda, yaxud bir komandada çox qalmadı.

Hər iki tərəf epizod(lar)a girdi. Səviyyə mənasında I Liqanın üstündə, Premyer Liqanın aşağısında oyun sərgilədilər.

Mən buradan Kaxaber Sxadadzeni təbrik etməyi özümə borc bilirəm. Gürcüstanlı baş məşqçi əsas heyətdə 5 azərbaycanlıya şans tanıdı.

Səlahət Ağayevlə Murad Musayevi yaşlı saymaq olar, digərləri gənclərdir və şübhəm yoxdur ki, onlar 2-3 ilə Azərbaycan futbolunun qaymaqları siyahısında özlərinə yer edəcək.

«Qəbələ» hər iki hissədə, ən çox da fasiləyə qədər inanılmaz fürsətlər yaxaladı.

«Karvan»ın müdafiəsini yarmaq su içmək kimi asan idi: həm ikinci toplarda, həm də əks-hücumlarda «Qəbələ» real imkanlar yaxalıdı.

Domi Massumonun qaçırdığı fraqmentləri görüncə, Sxadadzenin gözləri kəlləsinə çıxırdı. Saçını yolmasa da, mənə elə gəlir ki, gecə təzyiqinin qalxmasından əziyyət çəkib, yata bilməyib.

«Qəbələ» hələ tam formalaşmayıb. İki-üç yeni transferin yeri görünür.

Yaxın vaxtlarda müdafiə və hücum xətlərinə əl gəzdirsələr, bu komanda liqada qalmaq uğrunda rəqabətdə bir addım önə çıxacaq, yoxsa Kaxanın gnü qara olacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu