Azərbaycan klubu ilə müqavilə bağladı, iti diqqət mərkəzinə düşdü - VİDEO+FOTOLAR

11 Avqust 2025 08:50 Qəbələ 1 252
Azərbaycan klubu ilə müqavilə bağladı, iti diqqət mərkəzinə düşdü - VİDEO+FOTOLAR

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Xayme Syerranı heyətinə qatıb. 27 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Xaymenin son klubu Xorvatiya təmsilçisi “Varajdin” olub.

Yeniyetmə yaşlarında “Karabançel”, “Real” və “Valensiya”da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində “Leqanes”, “Loqrones”, “Kultural Leonesa”, “Atletiko Baleares”, Belçikada “Deyinze” klublarında forma geyinib.

Klub onun transfer xəbərini maraqlı video ilə yayımlayıb. Belə ki, o, itiylə kamera önünə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!